Tədbir dünyada və Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq məqsədi ilə təşkil edilib.
“Qəbələ” İdman Klubu prezidentinin müşaviri Toni Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı ilə baş tutmuş yarışda Azərbaycanın “Qəbələ” İdman Klubunun boksçuları ilə İngiltərənin “Repton” Həvəskar Boks Klubunun idmançıları qarşılaşıblar.
Xeyriyyə matçından toplanacaq vəsait qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcək.
Tədbir çərçivəsində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkününün problemlərindən bəhs edən broşürlər paylanmışdır. Qeyd olunmuşdur ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul etmişdir, lakin onlar hələ də icra olunmur.
Tədbirin təşkilatçıları qonaqları AAC-ın təşəbbüsü ilə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə dəstək vermək üçün təşkil olunmuş “Many Happy Returns” adlı kampaniyaya qoşulmağa çağırıblar.
Xeyriyyə matçı iştirakçılarda böyük maraq doğurub.