ATƏT-in Bakı sessiyası başladı

ATƏT-in Bakı sessiyası başladı
  28 İyun 2014    Oxunub:1105
Bu gün Bakıda ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclası başlayıb.
İclasda çıxış edən ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç bildirib ki, ATƏT PA parlament demokratiyasının mənbəyidir.

R. Krivokapiç deyib ki, ATƏT PA daxilində siyasi proseslər düzgün qurulmalıdır.

O qeyd edib ki, ATƏT PA Ukrayna böhranından əvvəl müxtəlif addımlar atıb: “Mən Moskva və Kiyevə səfər etdim. Rusiya Dumasının və Ukrayna Ali Radasının sədrləri, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Turçinovla görüşlər keçirdik. Biz bununla bu cür çağırışlara düzgün cavab verə biləcəyimizi ortaya qoyduq”.

R. Krivokapiç ATƏT PA-nın QHT-lərlə əməkdaşlığı genişləndirdiyini də qeyd edib. Onun sözlərinə görə, ATƏT Avropada sülh və sabitliyin əsas sütunlarından biridir.

Daha sonra iclasda suallar və şərhlər üçün vaxt ayrılıb.

Qeyd edək ki, komitənin iclasında Ermənistan parlamentinin üzvləri də iştirak edirlər.

***

ATƏT Parlament Assambleyasının (PA) büdcəsində kəsir aşkar olunub.

Bunu ATƏT PA-nın Daimi Komitəsinin Bakıda keçirilən iclasında qurumun baş katibi Spenser Oliver təşkilatın illik hesabatını şərh edərkən bildirib.

O qeyd edib ki, 2014-cü ilin büdcəsində cəmi 1,5% artım olsa da, bu yetərli deyil: “Büdcə məsələsinə biz artıq ciddi yanaşmalıyıq. Çünki qarşıya elə planları həyata keçirməyi qoymuşuq ki, hazırkı büdcə vəziyyətimiz buna qəti uyğun deyil. Ona görə də üzv ölkələrə müraciət edirik ki, büdcə ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri məsuliyyətlə yerinə yetirsinlər. Əks halda, ciddi çətinliklər olacaq”. (Apa)


Teqlər:





Xəbər lenti