Gülər Əhmədova: “Sabah nə olacağını bilmirəm”

AzVision.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a açıqlamasında sabiq deputat, şərti azadlığa buraxılmış Gülər Əhmədova bildirdi. Məlumata görə, G.Əhmədova səhhətindəki problemlər yenidən baş qaldırdığı üçün müalicə olunmaq üçün ölkə xaricinə çıxmaq istəyib. Üzərində şərti məhkumluq olduğu üçün rəsmi icazə lazım gəldiyindən sabiq deputat yazılı müraciət edib.
Sabiq deputat isə ümumiyyətlə, belə bir müraciətinin olmadığını bildirdi: “Öz ölkəmdə, evimdə, ailəmdəyəm. Müalicə üçün xaricə getmək planım da yoxdur. Belə müraciət olmayıb”.
G.Əhmədova yaxın aylarda daha öncə rəhbəri olduğu “Mərkəz” qəzetini bərpa edəcəyi ilə bağlı xəbərləri də təkzib etdi. Bildirdi ki, qəzeti bərpa etmək kimi bir planı yoxdur.
“Ümumiyyətlə, ictimai-siyasi həyata yenidən qayıtmaq planınız yoxdur” sualına cavabda isə G.Əhmədova dedi ki, sabah nə olacağını heç kim bilmir, eləcə də o: “İndi nə etdiyimi, nə düşündüyümü bilmək istəyirsizsə, mən ancaq ailəmlə məşğulam”.