Tovuzda atışma, erməni postu dağıdıldı

Kənd icra nümayəndəsi Valeh Rzayevin Anspress-ə verdiyi məlumata görə, Əlibəyli kəndinin evləri və həyətləri atəş altındadır. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb. Hamı təlaş içindədir.
Ordumuz isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib.
Kənd sakinlərindən xəsarət alan olmayıb.
Teqlər: