Hafiz Məmmədovun maşınlarını polis apardı

  27 İyun 2014    Oxunub : 643
Hafiz Məmmədovun maşınlarını polis apardı
Bakıda yol polisi əməkdaşları “Baghlan Group”un prezidenti Hafiz Məmmədovun oğlanlarına məxsus iki avtomobili cərimə meydançasına aparıblar.
AzVision.az xəbər verir ki, bu barədə avtosfer.az saytına hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, ötən həftə və bu həftənin əvvəllərində “Hafka”nın oğlu Kənan Məmmədovun “Galendevagen” markalı avtomobili paytaxt ərazisində saxlanılıb. Buna səbəb isə avtomobildə qadağan olunmuş səs siqnalının və xorultulu səs çıxaran qurğunun olmasıdır. Yol polisi əməkdaşlarına qarşı kobudluq edən “Hafka”nın adamları sonda maşının cərimə meydançasına aparılmasına razı olublar. Hadisə yerinə yol polisinin tağım komandiri, mayor Cəmşid Hənifəyev də gəlsə də, saxlanılan şəxslərin “Hafka”nın adamları olduğunu öyrəndikdə oradan uzaqlaşıb. Buna baxmayaraq, maşın cərimə meydançasına salınıb.

Məlumata görə, həmin avtomobil Hafiz Məmmədovun böyük oğlu Kənan Məmmədova məxsus olub.

Bir neçə gün sonra isə yol polisləri “Hafka”nın ortancıl oğlu Sənan Məmmədovun avtomobilini saxlayıblar. Müxtəlif qayda pozuntularına yol verdiyi üçün saxlanılan Sənan Məmmədovun yanında olan dostları DYP əməkdaşlarına qarşı kobudluq ediblər. Hətta, onlar maşının cərimə meydançasına aparılmasına razı olmayıblar. Bir qədər sonra isə DYP-nin rəhbər şəxslərinin məsələyə müdaxiləsi nəticəsində avtomobil cərimə meydançasına aparılıb.

“Hafka”nın adamları həmin avtomobillərdən birini cərimə meydançasından çıxara biliblər. Digər avtomobil isə hazırda cərimə meydançasında saxlanılır.

Yeri gəlmişkən, təxminən bir ay öncə “Hafka”nın oğlu Kənan Məmmədova məxsus, 200 min manat qiyməti olan “Maseratti” markalı avtomobil Rəşid Behbudov küçəsində səkiyə çırpılaraq yanmışdı.

Xatırladaq ki, bu gün Hafiz Məmmədov ortancıl oğlu Sənan Məmmədova toy edir.

Teqlər: