Nazirliyi yalandan ayağa qaldırdı

Nazirliyi yalandan ayağa qaldırdı
  28 İyun 2014    Oxunub:1031
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
AzVision.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər onbeşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə giriş qapısının kilidini açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən insan faktoru aşkar edilməyib. Əməliyyat saat 17:21-də başa çatıb.


Teqlər:





Xəbər lenti