Müdafiə Nazirliyi: “Narahatçılığa əsas yoxdur”

Müdafiə Nazirliyi: “Narahatçılığa əsas yoxdur”
  28 İyun 2014    Oxunub:889
Müdafiə Nazirliyi ermənilərin yaraladığı zabitlə bağlı rəsmi açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə¸ bu gün cəbhənin Qazax rayonu istiqamətində erməni silahlı bölmələri atəşkəs rejimini pozub. Düşmənin avtomat silahından açılan atəşdən güllə daşa dəyib və daşdan qopan qəlpələrdən Silahlı Qüvvələrin zabiti leytenant Məlikov Famil Amil oğlu xəsarət alıb.

İlkin tibbi yardım göstərilən leytenant F.Məlikovun səhhəti ilə bağlı narahatçılığa heç bir əsas yoxdur.


Teqlər:





Xəbər lenti