İlham Əliyevdən yeni təyinatlar - SİYAHI

Abbasov Natiq Mehdi oğlu - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri;
İbrahimov Zamin Vəliyəddin oğlu- Astara Rayon Məhkəməsinin hakimi və sədri;
Quliyev İnşallah Fərrux oğlu - Şəki Rayon Məhkəməsinin hakimi və sədri.
Aşağıdakı hakimlərin isə vəzifələri dəyişdirilib:
Nuriyev Mehman Bağış oğlu Şəki Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Şirvan İnzibati-iqtisadi Məhkəməsinin hakimi və sədri təyin edilib;
Abdurəhmanlı İsmayıl Xudaverdi oğlu Astara Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Hüseynov Fikrət Cilingir oğlu Göygöl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-iqtisadi məhkəməsinin hakimi təyin edilib;
Rzayev Kamil Allahqulu oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi təyin edilib.
Həmçinin, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:
Nəsirov Vidadi Zahid oğlu Goranboy Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilib;
İbrahimov Cavad Cavanşir oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağstafa Rayon Məhkəməsinin hakimi təyin edilib;
Məmmədov Rafiq Rəşid oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilib.