Prezident yeni səfir və konsul təyin etdi

AzVision.az xəbər verir ki, ölkə başçısı Əfqan Fəqan oğlu Salmanovun Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulu təyin edilməsi haqda sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Rəmzi Kazım oğlu Teymurov Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ölkə başçısın həmçinin R.Teymurova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqda sərəncam verib.
AzVision.az