Səfir İlham Əliyevlə vidalaşdı

Səfir İlham Əliyevlə vidalaşdı
  27 İyun 2014    Oxunub:1005
Azərbaycan Prezidenti İlham Əliyev Norveçin ölkəmizdəki səfirini qəbul edib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberqi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli münasibətlərin ötən dövr ərzində siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığımızın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.


Teqlər:





Xəbər lenti