Hərbçilərin geyimi dəyişdi - FƏRMAN

Hərbçilərin geyimi dəyişdi - FƏRMAN
  27 İyun 2014    Oxunub:2955
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə dəyişikliklər edilməsi barədə Fərman imzalayıb
AzVision.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də “sərhəd gözətçi gəmilər dəstəsinin” sözləri “sahil mühafizəsinin” sözləri ilə əvəz edilib.

Bundan başqa, dəyişikliyə əsasən əsasnamədə hərbi qulluqçuların yay paltarı siyahısına çevik hərəkət bölmələrinin hərbi qulluqçuları üçün yaşıl beret, ali zabitlər üçün qara rəngli yay tuflisi, qış paltarı olaraq çevik hərəkət bölmələrinin hərbçiləri üçün yaşıl beret, kamuflyaj rəngli xüsusi istiləşdirilmiş qış gödəkcəsi, kombinezonla, ali zabitlər üçünsə qış tuflisi əlavə olunub.

Əsasnamədə DSX-nin Xüsusi Məktəbinin şagirdlərinin geyim forması (xüsusi geyimdən başqa), DSX-nin Hərbi Orkestri hərbi qulluqçularının mərasim geyim forması da təsdiq olunub.

Təsdiq olunmuş normalara əsasən DSX-nin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında prokurorluğun müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. DSX-nin tibb profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir.


Teqlər:  





Xəbər lenti