Spiker deputatları tətilə buraxmadı

Spiker deputatları tətilə buraxmadı
  27 İyun 2014    Oxunub:928
Milli Məclisin növbədənkənar sessiyası bu gün başa çatsa da parlament tətilə çıxmayıb.

AzVision.az xəbər verir ki, Milli Məclis sədri Oqtay Əsədov növbədənkənar sessiya başa çatdığını bildirib.

Spiker qeyd edib ki, sessiya bitsə də Milli Məclis işini iyulun 15-nə kimi davam etdirəcək.

O.Əsədov Milli Məclisin tətilə çıxmamasını Azərbaycanda yüksək səviyyədə beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqələndirib.
“Bu il Azərbaycanda yüksək səviyyədə beynəlxalq tədbirlər keçirilir. ATƏT-in Parlament Assambleyasının yay sessiyası Bakıda keçiriləcək. İstəyirəm bu tədbirlərdə aktiv iştirak edəsiniz”.

AzVision.az


Teqlər:





Xəbər lenti