“Onların AŞPA-dakı təxribatları baş tutmadı”

“Onların AŞPA-dakı təxribatları baş tutmadı”
  27 İyun 2014    Oxunub:1115
Millət vəkili, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov prezident İlham Əliyevin AŞPA-dakı çıxışına münasibət bildirib.
AzVision.az xəbər verir ki, deputat qeyd edib ki, bəzilərini çıxmaq şərtilə, orada erməni deputatlar, Azərbaycanın əleyhinə işləyən ünsürlər var idi:

“Avropa deputatlarının prezidentə verdiyi sualları hansısa erməni deputatının yazıb qarşılarına qoyduğu suallar idi. O cümlədən prezidentə ermənidən də beter olan Leyla Yunus kimi ünsürlər barədə sual verdilər. Biz araşdırmışıq. Orada bəziləri var ki, erməni olduğuna görə sığınacaq alıb. Təbii ki, bunlara o cür çıxışlar, münasibət sərf etmir. Azərbaycanın haqq işinə kölgə salmaq üçün avropalı ermənisayaq deputatlara qoşulub bu addımı atıblar. Ancaq onların təxribatları baş tutmadı. Prezident vurğuladı ki, o çalışacaq ki, sədr olduğu dövrdə Avropada ikili standartların qarşısını alınsın”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti