Oqtay Əsədov: “Prezident layiqincə cavab verdi”

Oqtay Əsədov: “Prezident layiqincə cavab verdi”
  27 İyun 2014    Oxunub:851
"Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-da dərin məzmunlu çıxşı ilə qarşıda dayanan məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı dəyərli fikirlər söylədi".
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən sonuncu növbədənkar iclasında spiker Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti suallara cavab verərkən Azərbaycanı layiqincə təmsil etdi və bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında alnı açıqdır və Azərbaycan müstəqil ölkədir.

Oqtay Əsədov bildirib ki, İlham Əliyevin bu çıxışı bir daha sübut edir ki, Azərbaycan xalqı haqlı olaraq öz Prezidenti ilə fəxr edir.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti