Rauf Mərdiyev “İrəli”dən gedir

Rauf Mərdiyev “İrəli”dən gedir
  27 İyun 2014    Oxunub:3438
Bu gün “İrəli” İctimai Birliyinin hesabat-seçki konfransında təşkilatın hazırkı sədri Rauf Mərdiyev sədr postuna namizədliyini irəli sürməyəcək.
AzVision.az xəbər verir ki, R. Mərdiyev yenidən namizədliyini irəli sürməyəcəyini qeyd edib. O, bildirib ki, “İrəli” İctimai Birliyinə rəhbərlik etdiyi dövrdə təşkilatın uğurları üçün çalışıb, təşkilatı irəli aparıb.

Qeyd edək ki, bu gün “İrəli” İctimai Birliyinin hesabat-seçki konfransı keçirilir. Tədbirə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkili Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və digər qonaqlar qatılıblar.


Teqlər:





Xəbər lenti