TQDK sədri: “İmtahanları özüm izləyirdim”

Komissiya sədri vurğulayıb ki, onların hamısı yaşadığı ərazidə imtahan veriblər:
“İyunun 24-də keçirilən imtahanı özüm Şəki, Qax, Zaqatala və Balakəndə müşahidə etdim. İmtahanlardakı nəzarətçilər həmin məktəblərdə çalışan müəllimlər idi”.
TQDK sədri bildirib ki, iyunun 29-da ümumi orta illik təhsil bazasında (9illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək üçün 14 min 923 abituriyent ərizə verib. Onlardan 5459 nəfəri oğlan, 9464 nəfəri isə qızdır.
Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır. 14 nəfəri isə ali təhsilli şəxslərdir. Abituriyentlərdən 50-i xarici ölkə vətəndaşıdır.
Fatimə Kərimli
Teqlər: