Nazir və deputatlar Nizami Gəncəviyə həsr edilən sərgidə

Nazir və deputatlar Nizami Gəncəviyə həsr edilən sərgidə
  27 İyun 2014    Oxunub:1261
Strasburqda, Avropa Şurasının iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)” layihəsi çərçivəsində sərginin açılışı olub.
AzVision.az xəbər verir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimində xarici işlər naziri Elmar Məmmədyarov, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin üzvləri, eyni zamanda, quruma üzv ölkələrin deputatları, təşkilatın rəsmiləri iştirak ediblər.

Sərgidə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov, Şuranın demokratiya üzrə baş direktoru Sinejana Markoviç çıxış ediblər. Onlar Avropa Şurasında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən bu sərginin, eyni zamanda, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində keçirilən tədbirlərin böyük maraqla qarşılandığını vurğulayıblar.

Çıxışlarda Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsinin qorunması, təbliği, dünyada tanıdılması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Burada böyük şair və filosof Nizami Gəncəvinin yaradıcılığından bəhs edən kitablar, broşürlərlə yanaşı, Azərbaycan xalçaları da nümayiş etdirilir.


Teqlər:





Xəbər lenti