Nazirlikdən sürücülərə ŞAD XƏBƏR

Nazirlikdən sürücülərə ŞAD XƏBƏR
  27 İyun 2014    Oxunub:892
Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlərin icrası davam etdirilir.
AzVision.az-ın Nəqliyyat Nazirliyinin NİİM-ə istinadən verdiyi məlumata görə, həmin layihələrdən biri də Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində inşa edilən tunel tipli yol qovşağıdır. İyul ayında istifadəyə verilməsi planlaşdırılan tunel tipli yol qovşağında hazırda 1600 metr uzunluğu olan yan yollarda asfalt örtüyünün salınması, tuneldaxili və yan yollarda işıq dirəklərinin quraşdırılması, tunelin bağlı hissəsi üzərində layihələndirilmiş dairənin tikintisi, “Baksol yolu” istiqamətindəki 140 metr məsafədə isə yolun layihəyə əsasən yenidən qurulması işləri aparılır.

Qovşağın ümumi uzunluğu 610 metr, örtülü hissəsinin uzunluğu 140 metr, hündürlüyü 5,5 metr, hərəkət hissəsinin eni 23,5 metr, ayırıcı zolağın eni 2 metr, hərəkət zolaqlarının sayı isə 6-dır. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə imkanlar yaradacaq.

Tunel beynəlxalq standartlara uyğun layihələndirilib və 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti