Azərbaycanlı milyarder obyektlərini satdı

Azərbaycanlı milyarder obyektlərini satdı
  26 İyun 2014    Oxunub:856
“Lukoyl” neft şirkəti Krım rəhbərliyinin xahişi ilə yarımadadakı bütün yanacaq doldurma məntəqələrini satıb.
AzVision.az-ın məlumatına görə, bu barədə şirkətin azərbaycanlı rəhbəri Vahid Ələkbərov Rusiyanın “Vedomosti” qəzetinə müsahibəsində bildirib.

Ələkbərov bildirib ki, yanacaqdoldurma məntəqələri xırda və orda biznesin inkişaf etdirilməsi məqsədilə krımdakı operatorlara satılıb.

“Lukoyl” rəhbəri vurğulayıb ki, satış kommersiya xarakteri daşıyır: “Təbii ki, ordakı vəziyyət nəzərə alınaraq müəyyən güzəştlər edilib”. Ələkbərov bildirib ki, şirkət satılan yanacaqdoldurma məntəqlərinə yanacaq tədarük etməyəcək.

“Biz artıq onları satmışıq və onların yanacaqla təmin olunmasına görə, məsuliyyət daşımırıq. Məntəqələrdə “Lukoyl” adı artıq çıxardılıb”, -deyə azərbaycanlı biznesmen bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti