Nigeriyada partlayış: Ölənlər var

Nigeriyada partlayış: Ölənlər var
  26 İyun 2014    Oxunub:964
Nigeriyanın paytaxtı Abucada terror aktı törədilib.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 21 nəfər ölüb.

Terror aktı zamanı daha 17 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Partlayış hökumət binasının yaxınlığında törədilib. Hadisə nəticəsində binanın şüşələri qırılıb.

Ərazi pöolislər və xilasedicilər tərəfindən nəzarətə götürülüb. Hələlik terror aktına görə, məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti