Kiyevin Avdeyevka məğlubiyyətinin əsas səbəbi açıqlandı

   Kiyevin Avdeyevka məğlubiyyətinin  əsas səbəbi açıqlandı
  22 Fevral 2024    Oxunub:3659
Ukrayna Silahlı Qüvvələri döyüş sursatları olmadığı üçün Avdeyevkanı ruslara təslim edib.
Bu fikirlər "The Spectator"da dərc olunan məqalədəndir.

Minə yaxın ukraynalı əsgər Avdeyevkada itkin düşüb - "New York Times"
Məqalə müəllifləri rus hərbçilərinin bölgəyə hər gün 10 min mərmi atdığını yazıblar. Ukrayna Silahlı Qüvvələri isə buna cavab olaraq mövqeləri yalnız 1,5 min mərmi ilə vururmuş. Mərmi sayındakı bərabərsizlik məğlubiyyəti qaçılmaz edib.

Məqalədə Kiyevin Qərb müttəfiqlərinin Ukraynaya dəstəyi davam etdirmək istəməməsinə də yer verilib. Bu amil Ukrayna ordusu üçün acınacaqlı nəticələrə, eləcə də Silahlı Qüvvələrin əsgərləri üçün cəbhədə çətin vəziyyətin yaranmasına gətirib çıxarıb.

Dünən "New York Times" (NYT) qəzeti də öz saytında Avdeyevka məğlubiyyətinə yer ayırmışdı. Qeyd edilirdi ki, Ukrayna Silahlı Qüvvələrinin minə yaxın əsgəri Avdeyevkadan geri çəkilən zaman itkin düşüb. Nəşr Ukrayna hərbçilərinə istinadən yazıb ki, böyük ehtimalla onlar əsir götürülüblər.

Xatırladaq ki, NATO baş katibi Yens Stoltenberq Ukrayna cəbhəsində vəziyyətin Kiyevin əleyhinə gərginləşdiyini etiraf edib. O qeyd edib ki, cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri üçün çox çətin vəziyyət yaranıb: "Avdeyevkanın tutulması da daxil olmaqla, Rusiyanın bəzi nailiyyətlərini gördük".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Mərmi   Məğlubiyyət  





Xəbər lenti