Avropada rouminq ucuzlaşır

Avropada rouminq ucuzlaşır
  26 İyun 2014    Oxunub:827
İyulun 1-dən etibarən Avropa İttifaqında (Aİ) mobil rabitə operatorlarının məlumatların ötürülməsi üçün rouminq tariflərini növbəti dəfə azaldacağı gözlənilir.
Aİ-nin məlumatına görə, iyulun 1-dən Avropanın mobil istifadəçiləri ötürülən bir meqabayt tutumlu məlumat üçün hazırkı 45 avrosent əvəzinə 20 avrosent ödəyəcəklər. Tariflərin azaldılması yalnız Aİ-yə daxil olan ölkələrin hazırda ittifaqın digər ölkəsində yaşayan vətəndaşlarına şamil olunur. Rouminqdə bir dəqiqə danışıq üçün tarif həddi hazırkı 24 sentə nisbətdə 19 sent, daxil olan zənglər üçün hazırkı 7 sentə nisbətdə 5 sent müəyyənləşdirilib.

AzVision.az ICTnews-a istinadən bildirir ki, Avropa Komissiyasının rəsmi bəyanatında deyilir ki, rabitə tariflərinin aşağı salınması ölkələr arasında telekommunikasiya əlaqələrinin inkişafına xidmət edəcək.


Teqlər:





Xəbər lenti