Sərnişin təyyarəsi atəşə tutuldu

Sərnişin təyyarəsi atəşə tutuldu
  25 İyun 2014    Oxunub:790
Pakistanın Peşavar şəhərində terrorçular hava limanına eniş edən sərnişin təuyyarəsini atəşə tutub.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Hadisə nəticəsində bir qadın öldürülüb və daha üç ekipaj üzü öldürülüb. Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, bu Pakistanda hava limanlarında baş verən üçüncü belə insidentdir. Sərnişin təyyarəsi Səudiyyə Ərəbistanından Pakistana istiqamətlənib. Hadisə baş verən zaman onun göyərtəsində 178 sərnişin olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti