Bizi dəhşətli istilər gözləyir - Dünya alimləri

Bizi dəhşətli istilər gözləyir - Dünya alimləri
  25 İyun 2014    Oxunub:961
2014-cü ilin may ayı son 134 ilin ən isti mayı olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu il yay mövsümü həddindən artıq isti keçəcəyindən dünyanı quraqlıq gözləyir.

İsti hava şəraiti özünü daha çox Qazaxıstan, İndoneziya, İspaniya, Cənubi Koreya və Avstraliyada göstərib.

ABŞ-ın Kolorado ştatında Milli Atmosfer Araşdırmaları Mərkəzinin alimi Kevin Trenbert 2014, yaxud da 2015-ci ilin ən isti il kimi qiymətləndirilə biləcəyini deyib.

Mütəxəssislər proqnozlaşdırır ki, 2014-cü ildə isti hava şəraiti getdikcə artacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti