Prezidentin AŞPA-dakı çıxışı türk mətbuatında
AzVision.az xəbər verir ki, Türkiyənin önəmli media qurumları Azərbaycan prezidentinin AŞPA tribunasından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri, dünya ictimaiyyətinə ünvanladığı mesajları, eləcə də ermənipərəst deputatların təxribatçı suallarına verdiyi qətiyyətli cavabları müsbət qiymətləndirərək öz səhifələrində dərc ediblər.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edib. Ölkə başçısı çıxışında bir sıra məqamlara aydınlıq gətirib.
Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunaraq BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı verdiyi 4 qətnaməni xatırladıb.
Azərbaycan Prezidenti həmçinin digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin də icrasının vacibliyini diqqətə çatdırıb.
AzVision.az
Teqlər: