Poroşenko: `Atəşkəs rejimi ləğv edilə bilər` - VİDEO

Poroşenko: `Atəşkəs rejimi ləğv edilə bilər` - VİDEO
  25 İyun 2014    Oxunub:884
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində elan olunan atəşkəs rejiminin vaxtından əvvəl ləğv ediləcəyini istisna etməyib

Bu barədə AzVision.az “Euronews”-ə istinadən xəbər verir.

Məlumata əsasən, Poroşenko bu addımı Slavyanks şəhəri yaxınlığında Ukraynaya məxsus helikopetin vurulmasından sonra ata bilər. Qəza baş verən zaman helikopterdə 6 hərbçi və 3 ekipaj üzvü olub.



Rəsmi Kiyev bildirir ki, prezident tərəfindən atəşkəs rejiminin elan olunmasından sonra 35 dəfə Ukrayna hərbçilərinə hücum olub.

Öz növbəsində “Donetsk Xalq Respublikası”nın rəsmiləri helikoperin onlar tərəfindən vurulmasına dair yayılan məlumatları təkzib ediblər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti