Kerri İraq Kürdüstanında səfərdədir

Kerri İraq Kürdüstanında səfərdədir
  24 İyun 2014    Oxunub:950
ABŞ dövlət katibi Con Kerri İraqın Kürdüstan vilayətində səfərdədir.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Kürdüstanda Kerri Muxtar vilayətin üç regionunun rəsmiləri ilə görüşmək niyyətindədir. Ötən gün ölkədəki böhranın aradan qaldırılması məqsədilə İraqın baş naziri Nuri əl-Maliki ilə danışqılar aparıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti