Hərbi sistemdə mühüm DƏYİŞİKLİK

Hərbi sistemdə mühüm DƏYİŞİKLİK
  24 İyun 2014    Oxunub:800
Rusiya prezidenti Vladimir Putin ölkə hərbi sisteminə dəyişikliklərin edilməsi ilə bağlı qanunu imzalayıb.
Bu barədə AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir.

Qanuna əsasən, Rusiya vətəndaşları hərbi xidməti keçmək formasını özləri müəyyənləşdirə biləcək: Çağırış əsasında bir il hərbi xidmət keçmək və ya müqavilə əsasında iki il hərbi xidmət keçmək.

“Bu dəyişikliklər vətəndaşlar arasında müqavilə əsasında hərbi xidmətin cazibədarlığını artırılmasına yönəldilib”, - deyə məlumatda bildirilir.

Qanuna əsasən hərbi xidmətin keçilməsi ilə bağlı vətəndaşlarla müqavilə 1, 3, 5, 10 illiyinə bağlanacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti