Paşinyan prezidentin qovduğu Abazyanı yenidən işə götürdü

   Paşinyan prezidentin qovduğu Abazyanı yenidən işə götürdü
  12 Yanvar 2024    Oxunub:1759
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Armen Abazyanı Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri təyin edib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl, yanvarın 12-də Ermənistan prezidenti Vaaqn Xaçaturyanın respublikanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı işdən çıxardığı məlum olmuşdu.

İşdən çıxarılmanın səbəbləri açıqlanmasa da, Ermənistanın “Hraparak” nəşri mənbələrə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan Abazyanı Müdafiə Nazirliyinin yeni rəhbəri təyin etməyi planlaşdırır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti