London husilərə qarşı yeni zərbələr planlaşdırmır
O, həmçinin qeyd edib ki, yanvarın 15-də Sunak parlamentdə husilərin hədəflərinə zərbələr endirilməsi ilə bağlı açıqlama verəcək. Cümə günü səhər saatlarında Britaniya hökuməti bəyanat yayaraq, Britaniya qüvvələrinin Yəməndəki husilərin mövqelərinə zərbələrinin qanuni və beynəlxalq hüquqa uyğun olaraq həyata keçirildiyini bəyan edib.
Cümə günü gecə ABŞ və İngiltərə Yəmənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Səna, Hudeyda, Taiz və Saada da daxil olmaqla, dörd əyalətdəki hədəflərə 23 hava hücumu həyata keçirib.
ABŞ prezidenti Co Bayden zərbələri naviqasiya azadlığına olan təhlükəyə cavab adlandıraraq, tərəddüd etmədən hərəkətə davam edəcəyinə söz verib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: