Tələbələr Qabriel Attala qahmar çıxdılar

   Tələbələr Qabriel Attala qahmar çıxdılar
  12 Yanvar 2024    Oxunub:1605
"Qabriel Attalın Baş nazir təyin edilməsi yeni antisemit və homofob çıxışları doğuracaq. Hərəkətə keçmək lazımdır".
AzVision.az xəbər verir ki, Fransa Yəhudi Tələbələr Birliyi "X" hesabında Fransanın yeni Baş naziri Qabriel Attalın ünvanına antisemit və homofob şərhlər yazanlara qarşı hüquqi tədbir görülməsini tələb edib.

Fransa Yəhudi Qurumlarının Nümayəndəlik Şurasının (CRIF) rəhbəri Yonatan Arfi də sözügedən şərhlərlə əlaqədar öz narahatlığını bildirib. O deyib ki, "nifrətlə dolu çıxışlar Attalın cinsi oriyentasiyası və soyadının mənşəyindən qaynaqlanır".

(Fransa Yəhudi Qurumlarının Nümayəndəlik Şurasının rəhbəri Yonatan Arfi)

Attalın atası yəhudi, anası isə xristiandır. Gənc nazirin sözlərinə görə, özü də xristian kimi vəftiz edilsə də, atası ona "yəhudi adı daşıdığı üçün həmişə antisemitizmlə üzləşəcəyini" söyləyib.

Öz cinsi orientasiyasını açıq ifadə edən Qabriel Attal keçən il televiziyaya müsahibəsində hələ məktəbdə oxuduğu dövrdə homofob zorakılıqla üzləşdiyini, şagirdlərdən birinin onun adına təhqiramiz şərhlərlə dolu internet saytı açdığını, ancaq başına gələnləri ailəsinə deməyə cəsarətə çatmadığını deyib. Təhsil naziri işlədiyi vaxtda da ona nifrət xarakterli məktubların göndərildiyini qeyd edib.

Attal Fransa İntibah Partiyasının sədri Stefan Sejurne ilə ötən ilədək vətəndaş nikahında olub. Yeri gəlmişkən, Sejurne dünən Fransa XİN rəhbəri təyin edilib.

(Qabriel Attal və keçmiş sevgilisi Stefan Sejurne)

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti