Aİ Qırmızı dənizə hərbi gəmilər göndərməyi planlaşdırır

Aİ Qırmızı dənizə hərbi gəmilər göndərməyi planlaşdırır
  12 Yanvar 2024    Oxunub:1284
Avropa İttifaqı Yəməndəki husi qruplaşmasının ticarət gəmilərinə hücumlarını dayandırmaq üçün mart ayına qədər Qırmızı dənizə ən azı üç hərbi gəmi göndərməyi planlaşdırır.
Bu barədə EUobserver portalı Aİ diplomatik xidmətinin məlumatların istinadən xəbər yayıb. Qeyd olunub ki, hisilərə qarşı addımlar effektiv olmaq üçün formalaşma qüvvələrin ən azı bir il ərzində çox funksiyalı qabiliyyətlərə malik üç esminesi və ya hava hücumundan müdafiə freqatı olmalıdır.

Qeyd edək ki , ABŞ və Britaniya qüvvələri Yəmənin Səna, Səada, Hudeyda, Taiz və Dhamar da daxil olmaqla bir sıra şəhərlərində “Ənsar Allah” hədəflərinə təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək zərbələr endirib.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti