32 ildir gündə cəmi bir saat danışır

   32 ildir gündə cəmi bir saat danışır
  12 Yanvar 2024    Oxunub:1252
Hindistanlı qadın son 32 ildə gündə cəmi bir saat danışır.
Belə ki, 85 yaşı tamam olan Sarasvati Devi 1992-ci ildə ərini itirdikdən sonra dini abidəni ziyarət edib və Hinduizmdə tanrı olan Ramaya sədaqət əlaməti olaraq Kamtanat dağını təvaf etməyi əmr edən ruhani müəllimi ilə görüşüb.

Qadın bundan o qədər ilhamlanıb ki, şəhərdə Ramaya həsr olunmuş yeni məbəd tikilənə qədər danışmamağa and içib.

“O, gündə 23 saat susur, yalnız günorta saatlarında bir saat fasilə verir. Qalan vaxtlarda o, bizimlə qələm-kağız və işarə dili ilə ünsiyyət qurur”, - Devinin gəlini bildirib.

32 ildən sonra Devinin sükut andı sona çatır - tikintisinə 2020-ci ildə başlanan məbəd yanvarın sonunda açılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti