AzVision.az xəbər verir ki, bu barədə
“Reuters” İtaliya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi qeyd edib ki, Roma Qırmızı dənizdə alovlandırıcı deyil, “sakitləşdirici” siyasət yürütməyə üstünlük verir. Onun sözlərinə görə, İtaliya hökuməti istənilən hərbi əməliyyatda iştirak etmək üçün parlamentin dəstəyinə ehtiyac duyacaq. Bu isə tez bir zamanda qərar qəbul etməyi mümkünsüz edir.
Xatırladaq ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə
zərbələr endirib.
Dekabr ayında isə ABŞ İranı husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının hazırlanmasına
yardımda ittiham edirdi.
Tural Tağıyev
AzVision.az