NATO: Husilərə qarşı zərbələr müdafiə xarakterilidir

 NATO:  Husilərə qarşı zərbələr müdafiə xarakterilidir
  12 Yanvar 2024    Oxunub:1131
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ABŞ və Böyük Britaniyanın Yəməndəki husi hədəflərinə endirdiyi zərbələri müdafiə xarakterli hesab edir.
Bu barədə “Frans Press” agentliyi məlumat yayıb. “NATO bildirir ki, ABŞ-ın husilərə qarşı zərbələri “müdafiə xarakteri daşıyır”,-xəbərdə deyilir.

Qeyd edək ki , ABŞ və Britaniya qüvvələri Yəmənin Səna, Səada, Hudeyda, Taiz və Dhamar da daxil olmaqla bir sıra şəhərlərində “Ənsar Allah” hədəflərinə təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək zərbələr endirib.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti