Sankt-Peterburqda azərbaycanlı sinəsindən bıçaqlanıb

   Sankt-Peterburqda azərbaycanlı sinəsindən bıçaqlanıb
  12 Yanvar 2024    Oxunub:1302
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı tanışı tərəfindən bıçaqlanıb.
Bu barədə “Fontanka” məlumat yayıb. Hadisə yanvarın 10-da Moskovskoye şossesində yerləşən anbarın yaxınlığında baş verib. Belə ki, Azərbaycan vətəndaşı olan “Wildberries”in əməkdaşı tanışı tərəfindən hücuma məruz qalıb.

Onlar arasında dava düşüb, nəticədə həmyerlimiz döş qəfəsindən bıçaq xəsarəti alıb. Yaralı şəxs Canelidze adına Elmi-Tədqiqat İnstitutunun xəstəxanasına yerləşdirilib.

Bildirilib ki, hücum edən də tibbi yardıma müraciət edib, lakin xəstəxanaya yerləşdirilməsini tələb etməyib. O, Fontanka çayının sahilindəki mənzildə saxlanılıb. Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

Qeydək ki, hər iki şəxs azərbaycanlı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti