Medvedev Yəmənin vurulmasını Ukrayna ilə əlaqələndirdi

Medvedev Yəmənin vurulmasını Ukrayna ilə əlaqələndirdi
  12 Yanvar 2024    Oxunub:1385
Birləşmiş Ştatlar Yəməndə üsyançı "Ənsar Allah" (Husi-red.) hərəkatına qarşı yeni cəbhə açmaqla diqqəti Ukrayna ilə bağlı çətinliklərindən yayındırıb.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

İraq: "Qərb Yəməndə daha bir axmaqlığa qol qoydu"
Siyasətçi ABŞ-ın Ukrayna ilə bağlı problemlərini “dəhşətli” adlandırıb.

Xatırladaq ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib.
Rusiya məlum hücumlardan dərhal sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yəmən   Rusiya  





Xəbər lenti