Azərbaycanlı “lotular”ın Ədirnə savaşı
Belə ki, hadisədən öncə Əli Heydərovun 10 adamı Türkiyəni tərk etmək üçün Ədirnəyə gedirlər. Yolda onların bahalı maşınları qəzaya uğrayır. Qəza törədən avtomobillərin sənədləri düzgün olmadığından hadisəyə polis əməkdaşları müdaxilə edirlər. Avtomobil Əli Heydərovun adına olduğundan polis sənədləşmə üçün onun idarəyə gəlməsini tələb edir. Əli Heydərov dərhal Ədirnəyə yola düşərək problemi həll edir.
Daha sonra Ə.Heydərov avtomobili təslim alaraq otelə gedir. Bu zaman o silahlı hücuma məruz qalır. Rusiya mafiyasının üzvləri olduğu iddia edilən 4 silahlı ona qarşı sui-qəsd etmək istəsə də Ə.Heydərovun cangüdənləri hadisəyə müdaxilə edirlər Nəticədə mafia üzvləri arasında silahlı atışma olub.
Atışma zamanı hadisəyə təsadüfən müdaxilə edən polis işçisi Hüseyn İrmaq iürəyinə tuş gələn güllədən ölüb.
Hadisədən sonra aparılan əməliyyat nəticəsində polisi öldürməkdə şübhəli bilinən Ə.Heydərovun adamı Mahir Şükür həbs edilib. Ə.Heydərovun isə hadisə yerindən qaçdığı bildirilir.
Rusiya mətbuatında yer alan məlumatlara görə, Ədirnədə hadisəsi Əli Heydərovla kriminal aləmin digər üzvü “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarları arasında baş verib. Hadisə zamamı “Lotu Quli”nin qardaşı həbs edilib.
Qeyd edək ki, Əli Heydərov kriminal aləmdə tanımış şəxslərdəndir. O kriminal çevrədə “Albert Rıjiy”, “Albert Gəncinski”, “Əli Arxangelski” ləqəbləri ilə tanınır. Bundan öncədə ona qarşı bir neçə dəfə sui-qəsd cəhd edilib. 33 yaşlı Ə.Heydərovu kriminal elitaya 2011-ci ildə öldürülən məşhur avtoritet “Ded Xasan” gətirib.
Əli Heydərov 1996-cı ildə Rusiyaya gedib və Arxangelskdə mütəşəkkil cinayətkar qruplaşmaya qoşulub. 2000-ci ildə bir neçə maddə üzrə cinayət məsuliyyətinə cəlb olunub. Bura soyğunçuluq, ölümlə təhdid maddələri də daxildir. Heydərov həbsdə olarkən öz kriminal statusunu xeyli yüksəldə bilib və azadlığa “vor zakon” kimi çıxıb. Heydərov məşhur gürcü avtoritetlərlə bir qruplaşmada olub.
AzVision.az