Bakıda 40 yaşlı kişini öldürən şəxs saxlanılıb

   Bakıda 40 yaşlı kişini öldürən şəxs saxlanılıb
  31 Dekabr 2023    Oxunub:1385
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Əsədov Elvin Səyavuş oğlu saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

***
Bakıda 40 yaşlı kişi qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, dekabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Cabbarov Zamiq Zakir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.
AzVision.az


Teqlər:





Xəbər lenti