Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb - VİDEO

   Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb -    VİDEO
  29 Dekabr 2023    Oxunub:1487
Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb. AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.
Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Həsənov Adil Qardaşxan oğlu "Hovo" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə yük avtomobili aşıb. Sürücü A. Həsənov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

AzVision.az




Teqlər:





Xəbər lenti