Rəisi Türkiyəyə gedə bilər

  Rəisi Türkiyəyə gedə bilər
  26 Dekabr 2023    Oxunub:1081
İran Prezidenti İbrahim Rəisi Türkiyəyə yanvarın 4-də səfər edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri yazıb.

Nəşrin sözlərinə görə, hər hansı gözlənilməz hadisə baş verməsə, İran liderinin Türkiyə səfəri 4 yanvarda baş tutacaq.

Səfər çərçivəsində təşkil ediləcək görüşlərdə əsas müzakirə predmeti terrorla mübarizə tədbirləri olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti