Netanyahu Qəzzada sülh üçün üç şərtini açıqlayıb

   Netanyahu Qəzzada sülh üçün üç şərtini açıqlayıb
  26 Dekabr 2023    Oxunub:1098
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında münaqişəyə son qoymaq üçün üç şərtini açıqlayıb. Bu, HƏMAS-ın məhv edilməsi, anklavın silahsızlaşdırılması və cəmiyyətin deradikallaşdırılmasıdır.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir “The Wall Street Journal”da nəşr olunan məqaləsində yazıb.

Netanyahu qeyd edib ki, bunlar İsrail və onun Qəzza zolağındakı fələstinli qonşuları arasında sülh üçün üç ilkin şərtdir.

Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr İsrailin HƏMAS hərəkatını məhv etmək niyyətini dəstəkləyir. "Bu məqsədə çatmaq üçün HƏMAS-ın hərbi potensialını aradan qaldırmaq və Qəzza zolağı üzərindəki siyasi üstünlüyünə son qoymaq lazımdır", - deyə Baş nazir vurğulayıb.

Netanyahu bildirib ki, anklavı silahsızlaşdırmaq üçün Qəzza zolağının perimetri boyunca müvəqqəti təhlükəsizlik zonası və Misirlə sərhəddə yoxlama keçid mexanizmi yaratmaq lazımdır. Bu da Qəzzaya silah qaçaqmalçılığının qarşısını alacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti