Kreml: "Putin və Paşinyan arasında ünsiyyət üçün əla fürsət olacaq"

      Kreml:    "Putin və Paşinyan arasında ünsiyyət üçün əla fürsət olacaq"
  25 Dekabr 2023    Oxunub:832
Rusiya prezidenti Vladimir Putinin MDB-nin qeyri-rəsmi sammiti və Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla danışmaq imkanı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Ayrı-ayrı danışıqların olub-olmayacağı ilə bağlı sualı cavablandıran Peskov qeyd edib ki, bu, ünsiyyət qurmaq üçün əla fürsət olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti