Çexiya Ukraynaya qayıdan qaçqınlara müavinət verəcək

Çexiya Ukraynaya qayıdan qaçqınlara müavinət verəcək
  25 Dekabr 2023    Oxunub:994
Çexiya hökuməti ukraynalı qaçqınların vətənlərinə qayıtmaq qərarına gəldikləri təqdirdə onlara müavinətlər verəcək.
Bu barədə Ukraynanın “Klymenko Time” nəşri məlumat yayıb. Materialda bildirilib ki, ölkə qanunvericiliyinə müvafiq düzəliş Çexiya prezidenti Peter Pavel tərəfindən edilib. Sənədə əsasən, Çexiya rəhbərliyi Ukrayna vətəndaşlarının vətənlərinə qayıtması halında onlara müvəqqəti müdafiə və birdəfəlik ödənişlər verəcək.

Lakin müavinətin dəqiq məbləği hələ müəyyən edilməyib. Yaxın vaxtlarda ölkənin Nazirlər Kabinetinin bu məsələ ilə bağlı iclas keçirəcəyi və müvafiq qərar qəbul edəcəyi gözlənilir.


AzVision.az


Teqlər:





Xəbər lenti