“KAAN” bu həftə ilk uçuşunu həyata keçirəcək

“KAAN” bu həftə ilk uçuşunu həyata keçirəcək
  25 Dekabr 2023    Oxunub:1171
Türkiyənin ilk milli döyüş təyyarəsi “KAAN”ın bu il dekabrın 27-də ilk uçuşunu keçirməsi gözlənilir.
“KAAN”ın istifadəyə verilməsi ilə Türkiyə 5-ci nəsil döyüş təyyarələrinə sahib ölkələr arasında yerini tutacaq. Son doqquz ay ərzində türk mühəndisləri tərəfindən hazırlanan “KAAN” ilk uçuş sınaqlarını uğurla tamamlayıb.

Dizaynı və hazırlanması ilə Türkiyənin milli istehsalı olan “KAAN”ın qanadlarının uzunluğu 14, ümumi hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Təyyarənin kokpiti bir nəfər üçün nəzərdə tutulub. Qoşa mühərrikə sahib bu aviasiya vasitəsinin diqqət çəkən ən mühüm xüsusiyyətləri yüksək manevr qabiliyyəti, radarlara az görünməsi, göyərtəsində silah daşıma və elektronik döyüş qabiliyyətidir.

Türkiyənin ən iddialı texnologiya layihəsi olaraq xarakterizə edilən “KAAN” milli döyüş təyyarəsinin ilk uçuşu üçün gözlər yeni həftədə olacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti