Avropa Komissiyasının rəhbəri kəskin tənqid edildi

   Avropa Komissiyasının rəhbəri kəskin tənqid edildi
  25 Dekabr 2023    Oxunub:1076
Avropa Parlamentinin irlandiyalı üzvü Kler Deyli bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qəzza zolağında münaqişənin qızışmasına görə məsuliyyət daşıyır.
Deyli fon der Lyayenin fəaliyyətinin Qəzza zolağında amansız müharibəyə səbəb olduğuna əminliyini ifadə edib. Deputat Avropa Komissiyasının rəhbərini “Frau soyqırımı” adlandıraraq, bir çox avropalıların bu fikirdə olduğunu bildirib.

Bundan əvvəl almanəsilli fin iş adamı Kim Dotkom özünün X sosial şəbəkə hesabında bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna ilə bağlı açıqlamaları ilə Avropa İttifaqının məhvinə töhfə verir.


AzVision.az


Teqlər: Avropa  





Xəbər lenti