Fransız modelyer Qarabağ "xalçasından" geyim tikti - FOTO

   Fransız modelyer Qarabağ "xalçasından" geyim tikti -    FOTO
  22 Dekabr 2023    Oxunub:1551
Fransız modelyer Jan-Pol Qotyenin kolleksiyasında yer alan geyimlərdən biri feysbuk sosial şəbəkəsinin Azərbaycan seqmentində müzakirələrə səbəb olub.
AzVision.az 1news.az-a istinadən xəbər verir ki, aşağıda göstərilən fotoları ipək üzərində rəsm üzrə ixtisaslaşan nyu-yorklu rəssam Reyven Ziqler feysbukda paylaşıb. Fotolarda Jan Pol-Qotyenin arxiv kolleksiyasından əl işi də yer alıb.

Azərbaycan Milli Xalça Muzeyinin eks-direktoru, Azərbaycan Milli İncəsənət Muzeyinin isə hazırkı direktoru Şirin Məlikova R. Ziqlerin paylaşımını öz səhifəsinə “repost” edərək buna etiraz edib: “Tək kompozisiyanın harmoniyasını deyil, həm də mənalarını eybəcər hala salaraq, irsimizi necə də istifadə edirlər!”

O, şərhlərdə qeyd edib ki, modelyer kolleksiyanın yaradılmasında Qarabağaxas tikiş tərzindən istifadə edib.



Ş. Məlikovanın paylaşımının şərhlərində müzakirələr başlayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi Qotyenin kolleksiyasındakı geyimi çox zövqsüz adlandırıb və bəyənməyib, digər qism isə hesab edir ki, irsimizi qoruyub saxlaya bilməmək bizim günahımızdır.
Müzakirələrə, həmçinin tanınmış azərbaycanlı sənətşünas, professor Telman İbrahimov qoşulub və bunları qeyd edib: “Bu, erməni və ya ermənipərəst işdir. Məsələ bundadır ki, ermənilər tərəfindən piar edilmiş modelin üzərindəki feyk erməni yazısı ilə əslində Qarabağın “Qoar” xalçasıdır. Kolleksiyaçıların Avropa və Amerika seqmenti onu XVII əsrin məşhur erməni xalçası hesab edir. Əslində isə bu, drakonlar seriyasından olan Qarabağ xalçasıdır. Bu xalçanın yeganə fotosu var və heç yerdə sərgilənmir, çünki mütəxəssislər erməni qrabarla yazılmış feyk yazını dərhal görəcəklər”.

T. İbrahimov sözlərinə təsdiq olaraq, aşağıdakı fotonu təqdim edib. Şəkildə ermənilərin saxtalaşdırdığı və orijinal Qarabağ xalçası arasında fərq açıq-aşkar görünür...




AzVision.az


Teqlər:





Xəbər lenti