Fitch: 2024-cü ildə qlobal artım yavaşlayacaq
Agentliyin açıqlamasında makro zəifliklərin qlobal perspektivə kredit təzyiqi yaratmağa davam etdiyi bildirilib.
Qeys edilib ki, ümumi makroiqtisadi yavaşlama yüksək faiz dərəcələri ilə birlikdə qlobal kredit üçün çətin mühitin davam edəcəyini göstərir. Əsas gözləntilər 2024-cü ilin ikinci yarısında ABŞ və Avrozonada pul siyasətinin dəyişməsidir.
"Fitch"dən verilən başqa bir açıqlamada ABŞ, Avro Bölgəsi və Böyük Britaniyada siyasət faizlərinin 2023-cü ilin 3-cü rübündən etibarən sabit saxlanıldığı və sərtləşmə dövründə yəqin ki, zirvələrə çatacağı vurğulanıb.
Açıqlamada, ABŞ Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankının (BoE) növbəti addımlarının faiz endirimləri olacağı gözlənilsə də, rahatlamanın bazarlar üçün daha yavaş və səthi olacağı bildirilib.
2024-cü ilin sonuna kimi siyasət faizlərinin hər üç iqtisadiyyatda 75 baza bəndi azalacağını gözlənildiyi qeyd edilib.
AzVision.az
Teqlər: