İsrail hakerləri İranda yanacaqdoldurma məntəqələrini iflic edib

   İsrail hakerləri İranda yanacaqdoldurma məntəqələrini iflic edib
  18 Dekabr 2023    Oxunub:1031
Bu gün kiberhücum həyata keçirən “Yırtıcı Sərçə” adlı haker qrupu İranda yanacaqdoldurma məntəqələrinin əksəriyyətini sıradan çıxarıb.
AzVision.az “The Jerusalem Post” qəzetinin öz “X” hesabında paylaşdığı məlumat istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 11 radələrindən başlayaraq, İranın bir çox əyalətlərində minlərlə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayanıb.

İranın “Təsnim” agentliyinin bildirdiyinə görə, ölkənin neft nazirliyi də bəyanat yayaraq, yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin iflic halına salındığını təsdiqləyib. Hazırda paytaxt Tehranda vəziyyətin ağır olduğu və yancaqdoldurma stansiyalarının təxminən 30%-nin işlədiyi bildirilir.

Yanacaqdoldurma məntəqələri assosiasiyasının nümayəndəsi Reza Navazı həm benzin, həm də dizel yanacaqdoldurma məntəqələrinin fəaliyyətini dayandırdığını deyib. Onun fikrincə, problemin həlli bir neçə saat çəkəcək.

Hücumla bağlı məsuliyyəti öz üzərinə götürən İsrailin “Yırtıcı Sərçə” haker qrupunun İranın rəhbərinə hətta xəbərdarlıq da də ünvanladığı vurğulanır.

“Xamenei, bil ki, sənin odla oynamağının bir qiyməti var. Sizə xəbərdarlıq etmişdik ki, təxribatların əvəzini ödəməli olacaqsınız. Bu hələ başlanğıcdır”, - İsrail mediası “Yırtıcı Sərçə”nin xəbərdarlığından misal gətirir.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti