Pentaqonun rəhbəri Təl-Əvivə gedib

   Pentaqonun rəhbəri Təl-Əvivə gedib
  18 Dekabr 2023    Oxunub:1228
ABŞ-ın müdafiə naziri Lloyd Ostin X sosial şəbəkəsində İsrail rəhbərliyi ilə görüşmək üçün Tel-Əvivə getdiyini yazıb.
"Mən Təl-Əvivə enirəm. Müdafiə naziri Yoav Qalant, İsrailin baş naziri Benyamin Netanyahu və Hərbi Nazirlər Kabineti ilə görüşəcəyəm.

Səfərimin məqsədi Amerikanın İsrailə sarsılmaz sadiqliyini bir daha təsdiqləmək, İsrail ordusunun HƏMAS-ı məhv etmək üçün apardığı əməliyyatlarını müzakirə etmək və mülki insanları zərərdən qorumaq və Qəzzaya humanitar yardım axınını təmin etmək zərurətini vurğulamaqdır”,- deyə Ostin bildirib.

CNN daha əvvəl bildirmişdi ki, Ostin İsrailə gözlənilən səfəri zamanı növbəti mərhələyə keçmək üçün İsrail komandanlığının Qəzza zolağında əməliyyat zamanı qarşısına qoyduğu konkret hədəflər barədə ölkənin hökmət orqanlarından məlumat almaq niyyətindədir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti